SOTOMAYOR: "HAKİM MƏNƏ QARŞI SANKİ QƏRƏZLİ MÖVQE TUTMUŞDU"

SOTOMAYOR: "HAKİM MƏNƏ QARŞI SANKİ QƏRƏZLİ MÖVQE TUTMUŞDU"
Olimpiya, Rio-2016, Digər
22 Avqust 2016 - 01:12
"Çox da sevincli deyiləm. Azərbaycana qızıl medal qazandırmaq istəyirdim".

Supersport.Az saytının məlumatına görə, bu sözləri Olimpiya oyunlarının gümüş mükafatçısı Lorenzo Sotomayor deyib.



Rio Olimpiadasında 64 kq çəki dərəcəsində finalda özbək rəqibi Fazliddin Qaybnəzərova məğlub olan təmsilçimiz bunu hakimlərin ədalətsiz davranması ilə əsaslandırıb.

"Görüş boyunca rəqibdən üstün olsam da, hakimlər belə düşünmədilər. Ümumiyyətlə, döyüşü yaxşı keçirmişdim, ancaq son raundda qalib gəldiyimə tam əmin idim. Qarşılaşma boyunca hakim mənə qarşı sanki qərəzli mövqe tutmuşdu. Çox pisəm, çox məyusam. Azərbaycanı çox sevirəm, Azərbaycan xalqına qızıl medal hədiyyə etmək istəyirdim. Ancaq ədalətsizlik imkan vermədi" – deyə o, fikirlərini tamamlayıb.

 

Səmayə MƏMMƏDOVA

AGİN, Riodan

Digər xəbərlər