Rio Yay Olimpiya Oyunlarında boks yarışları davam edir.
Supersport.Az-ın məlumatına görə, bu gün daha bir boksçumuz rinqə çıxıb. Superağır çəkidə (91+ kq) mübarizə aparan Məhəmmədrəsul Məcidov 1/16 finalda mərakeşli Mohammed Arjaoui ilə qarşılaşıb.
Hər 3 raundda rəqibindən üstün olan Məcidov qalib gələrək, 1/8 finala yüksəlib.