"QARABAĞ"IN KAPİTANINDAN QARABAĞ AÇIQLAMASI - VİDEO

"QARABAĞ"IN KAPİTANINDAN QARABAĞ AÇIQLAMASI - VİDEO
Eksklüziv, Tribuna, Video
07 Aprel 2016 - 17:52
"HƏR BİRİMİZ VƏTƏN UĞRUNDA DÖYÜŞMƏK VƏ CANINI FƏDA ETMƏK İSTƏYƏR"

Supersport.Az-a müsahibəsində "Qarabağ"ın və milli komandanın kapitanı Rəşad Sadıqov ordumuza dəstək olduğunu və qürur duyduğunu bəyan edib.


"Son vaxtlar cəbhədən həm kədərli, həm də sevindirici xəbərlər aldıq. Təəssüfləndirici odur ki, 30-dan çox hərbçimizi itirdik. Allahdan şəhidlərimizə rəhmət, ailələrinə səbr diləyirəm. Onların qəhrəmanlığı qürurvericidir. Hər birimiz Vətən uğrunda döyüşmək, canını fəda etmək istəyər. Şəhid olmaq hər kəsə nəsib olmur. Onlar bu zirvəyə qalxdılar. Allahdan bir daha şəhidlərimizə rəhmət arzulayıram. Sevindiricidir ki, hamımız illərlə yürüdülən siyasətin doğru olduğunu gördük. İstər daxildə olan, istərsə də xarici ölkələr bizim qüvvətimizi gördü. Gördülər ki, 22 ildə çox dəyişilmişik, güclənmişik: həm siyasi, həm ordu, həm də millət olaraq.
Son günlər cəbhədəki hadisələri izləyirik, öz işlərimiz ikinci plandadır. Mən dövlətim, millətim və ordumuzla fəxr edirəm. Yəni dövlətin yürütdüyü siyasət, millətin birliyi, vətənpərvərlik və hərbçilərimizin iki-üç gün ərzində göstərdiyi şücaətlə qürur hissi keçirirəm. Fəxr edirəm ki, mən azərbaycanıyam. İnşAllah məsləhət olsa hücum edəcəyik və ya atəşkəs olacaq. Hər birimiz dövlətə, siyasətinə inanırıq. Əminik ki, düzgün addım atılacaq.
Allah şahiddir ki, qəlbimizdə hər zaman döyüşməyə hazırıq. Əsgərlərimiz özlərini tək hiss etməsinlər, biz də onlarla birlikdəyik. İndi onların yanında olmasaq da, Allaha and olsun ki, qəlbən ordumuzlayıq. Videoçarxlar izləyəndə sevincdə, kədərdən də kövrəlirik. Nə kömək lazımdırsa, daim hazırıq, hətta paltar yumaq olsa da" - deyə, təcrübəli futbolcu bildirib.

Süleyman 

Digər xəbərlər