“Seltik”in baş məşqçisi Enc Postekoğlu Premyer Liqa klubunu çalışdırmağa yaxındır.
Supersport.Az xəbər verir ki, “The Athletic”in məlumatına görə, avstraliyalı mütəxəssis tezliklə “Tottenhem”də müvafiq vəzifəyə təyin oluna bilər. Müqavilənin yaxın günlərdə bağlanacağı gözlənilir. Şotlandiya klubunda iki il ərzində Postekoğlu beş kubok qazanıb.