Azərbaycandan ilk gün 2 medal

Digər, Cüdo
25 May 2023 - 20:39
Supersport.Az xəbər verir ki, Avstriyanın Linz şəhərində təşkil olunan "Qran-pri"Azərbaycan cüdoçuları ilk gündə iki medal qazanıblar.
Azərbaycan cüdoçusu Kamran Süleymanov 66 kq çəki dərəcəsində finalda İspaniya təmsilçisi David Qarsiya Torneyə uduzaraq ikinci olub.
Qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva digər ispan Ariane Toro Soleri məğlub edərək bürünc medala sahib çıxıb.
60 kq-dakı Nazir Talıov isə bürünc mükafat uğrunda qarşılaşmada Ukraynadan olan Artem Lesiukə uduzaraq beşinci yerlə kifayətlənib.