"Qarabağ"ın ağır vəziyyətdə olan futbolçusu cihazdan ayrıldı

Futbol, Eksklüziv
01 May 2023 - 01:51
"Qarabağ"ın əvəzedici komandasında məşq zamanı ürəyi dayanan futbolçusu Şirxan Həsənzadənin vəziyyəti ağır-sabit olaraq qalır.

Supersport.Az-a açıqlamasında Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə belə məlumat verib.
"Şirxan Həsənzadənin vəziyyəti yenə ağır-stabil olaraq qiymətləndirilir. Ancaq o, ECMO cihazından ayrılıb. Tam şəkildə həkimlərin nəzarətindədir".
Qeyd edək ki, aprelin 22-də "Qarabağ-2"nin məşqi zamanı halı pisləşən futbolçusu Şirxan Həsənzadə hadisədən sonra ən yaxın hospitallardan birinə çatdırılıb və ilkin tibbi yardım göstərilib. Ardından başqa hospitala aparılan futbolçu ilkin ürək və ağciyər damarlarının anjioqrafiyası və exokardiyoqrafiya olunub. Kəskin miokardit diaqnozu ilə hospitalizasiya olunan U-21 millimizin üzvünün ürək funksiyalarının zamanla ciddi pozulduğu müşahidə olunduğundan gecə saatlarında ürək-ağciyər sistemini dəstək üçün ECMO cihazına qoşulması qərarlaşdırılmışdı.