"Gəncə" liderliyə yüksəldi

"Gəncə" liderliyə yüksəldi
Digər, Basketbol
25 Aprel 2023 - 21:17
Azərbaycan Basketbol Liqasında XXVIII tura start verilib.

Supersport.Az məlumatına görə, açılış oyununda "Gəncə" "Sərhədçi"nin qonağı olub.

Qarşılaşma pley-off mərhələsinə vəsiqəni təmin etmiş Qərb təmsilçisinin 102:85 hesablı qələbəsi ilə başa çatıb.

Ən məhsuldar basketbolçular "Sərhədçi"dən Maykl Diggins (27 xal, 11 ribaund), "Gəncə"dən isə Kollin Törner (28 xal, 9 asist) olublar.

Bu nəticədən sonra xallarını 48-ə çatdıran "Gəncə" liderliyə yüksəlib. 42 xalı olan "Sərhədçi" isə 5-ci pillədə qalıb.

Digər xəbərlər