Supersport.Az-ın məlumatına görə, Azərbaycan güllə atıcısı Ruslan Lunyov Perunun paytaxtı Limada təşkil olunan Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının (ISSF) Dünya Kubokunda üçüncü nəticə göstərib.
İdmançımız, kiçikçaplı pnevmatik tapançadan 25 m məsafəyə sürətli atəş açmada bürünc medal qazanıb.
Qeyd edək ki, fransalı Klemen Besua birinci, çexiyalı Matey Rampula ikinci olub.