ACF Kuboku keçiriləcək

ACF Kuboku keçiriləcək
Digər, Cüdo
16 Aprel 2023 - 20:00

Supersport.Az-ın məlumatına görə, 17-18 apreldə Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə cüdo üzrə 18 yaşa qədər yeniyetmə oğlanlar arasında Azərbaycan Cüdo Federasiyası Kuboku keçiriləcək.



Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutacaq yarışda 8 çəki dərəcəsində qaliblər məlum olacaq.



Yarışda 65 müxtəlif klub, cəmiyyət və idman təşkilatından ümumilikdə 300-ə yaxın idmançı medallar uğrunda mübarizə aparacaq.



Yarışın əsas məqsədi 6-7 mayda Göygöldə keçiriləcək yeniyetmələr arasında Avropa Kubokuna seçim etmək, eyni zamanda yeniyetmə cüdoçuların yarış təcrübəsinin artırmaq və cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.

Digər xəbərlər