"Zirvə Astara" qələbələrinin sayını artırdı

"Zirvə Astara" qələbələrinin sayını artırdı
Digər, Basketbol
16 Aprel 2023 - 17:03
Supersport.Az-ın məlumatına görə, bu gün Astara Olimpiya İdman Kompleksində 26-cı turun son oyunu keçirilib.

"Zirvə Astara" doğma divarlar arasında region təmsilçisi "Olimpik Şəki" ilə qarşılaşıb. Oyuna üstün başlayan meydan sahiblər rəqibini 92-82 hesabıyla məğlub edib.

Ən məhsuldar basketbolçular "Zirvə Astara"dan Cerret Henderson (26 xal, 14 ribaund), "Olimpik Şəki"dən Larri Robinson (27 xal, 9 asist) olub.

Qeyd edək ki, 27-ci turun oyunları 19-23 aprel tarixləri aralığında baş tutacaq.

Digər xəbərlər