Fərid Qayıbov idman mediasına sertifikat verdi: "Hər zaman öyrənməliyik" - Video

Fərid Qayıbov idman mediasına sertifikat verdi: "Hər zaman öyrənməliyik" - Video
Digər, Video
23 Fevral 2023 - 20:00
Bir 10 kişi ve ayakta duran insanlar görseli olabilir

Supersport.Az Gənclər və İdman Nazirliyi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə birlikdə təşkil etdiyi növbəti media treninqindən videogörüntü hazırlayıb.


Dörd gün davam edən təlimdə 26 idman qurumundan 29 mətbuat xidməti əməkdaşı və 19 media qurumundan 21 jurnalist iştirak edib.



Bir 7 kişi, oturan insanlar ve ayakta duran insanlar görseli olabilir



Beynəlxalq media eksperti Martin Mazurun iştirakı ilə keçən təlimin ilk iki günü idman jurnalistikası, sonrakı iki günü isə mətbuat xidməti işinin təşkili mövzularında olub.




Fevralın 23-də, bu gün treninqə yekun vurulub.


İştirakçılara sertifikatların verilməsi mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov bu cür təlimlərin ölkə idman mediasının inkşafı baxımından əhəmiyyətli olduğunu bildirib:


"Əslində çoxunuz peşəkar jurnalistlərsiniz. Bu seminar həm bizim, həm də sizin üçün çox vacibdir. Təşəkkür edirəm ki, treninqdə iştirak etdiniz. Hər zaman öyrənməliyik. İdmanımızı, mediamızı da yüksək səviyyədə inkişaf etdirməliyik. Sizin təkliflərinizi gözləyirəm. Hamınıza uğurlar arzulayıram".


Sonda iştirakçılara sertifikatları nazir Fərid Qayıbov və təlimçi Martin Mazur təqdim ediblər. Argentinalı media eksperti M.Mazur vaxtilə Maradona və başqa tanınmış simalardan müsahibə alıb. O, jurnalist karyerasında "La Gazzetta dello Sport", "FourFourTwo", "BBC Sport", "The Guardian" kimi məşhur nəşrlərdə çalışıb.




Qeyd edək ki, bu Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən 3-cü beynəlxalq təlimdir.


Digər xəbərlər