Azərbaycan birinci oldu

Azərbaycan birinci oldu
Digər, Cüdo
06 Noyabr 2022 - 20:00
Azərbaycanın cüdo üzrə seçmə komandası "Böyük Dəbilqə" turnirində böyük uğur qazanıb.

Supersport.Az xəbər verir ki, Bakıda keçirilən yarışda 4 qızıl, 2 bürünc medala sahib çıxan yığmamız bu nəticə ilə birinci yeri tutub.

Hərəyə 1 qızıl, 2 gümüş, 1 bürünc medal qazanan Niderland və Serbiya komandaları ikinci və üçüncü pillələrdə qərarlaşıblar.

Komandamıza qızıl medalları Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq) və Zelim Kotsoyev (100 kq) qazandırıb.

Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) isə bürünc medala yiyələniblər.

Digər xəbərlər