Bakıdakı turnirin medalları hazırdır - Foto

Bakıdakı turnirin medalları hazırdır - Foto
Futbol
02 Noyabr 2022 - 18:00
Bakıda keçiriləcək cüdo üzrə "Böyük Dəbilqə" turnirinin medalları təqdim olunub.

Supersport.Az-a Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, medalların ön tərəfində turnirin loqosu, Azərbaycan Respublikasının xəritəsi, yarışın tarixi və adı həkk olunub.

Arxa hissədə isə Beynəlxalq Cüdo Federasiyasının loqosu yer alıb.

Qeyd edək ki, "Böyük Dəbilqə" 4 - 6 noyabrda keçiriləcək.

Cüdoçular 14 dəst medal uğrunda mübarizə aparacaqlar.

Digər xəbərlər