İlham Əliyev beynəlxalq qurumun prezidentini qəbul edib - Foto

İlham Əliyev beynəlxalq qurumun prezidentini qəbul edib - Foto
Karate, Digər, Foto
03 Sentyabr 2022 - 18:00
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sentyabrın 3-də Dünya və Avropa Karate Federasiyasının prezidenti Antonio Espinosu qəbul edib.



Supersport.Az ölkə rəhbərinin saytına istinadən məlumat verir ki, söhbət zamanı Azərbaycanda idmanın bütün növlərinə, o cümlədən karate növünə dövlət səviyyəsində dəstək göstərildiyi və ölkəmizin idman sahəsində əldə etdiyi nailiyyətlər qeyd olunub. Karateçilərimizin nüfuzlu beynəlxalq idman yarışlarında, xüsusilə Olimpiya Oyunlarında qazandığı uğurlar vurğulanıb.

Görüşdə Bakıda keçirilən Dünya Karate Federasiyasının ən nüfuzlu yarışı olan Karate1 Premyer Liqa turnirinin əhəmiyyətindən söhbət açılıb. Bildirilib ki, bu turnirin keçirilməsi ölkəmizin mühüm beynəlxalq idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi etməsini bir daha göstərir.

Dövlət başçısı Antonio Espinosa Azərbaycan Karate Federasiyasının fəaliyyətinə verdiyi dəstəyə görə minnətdarlıq edib.

Söhbət zamanı ölkəmizdə idmanın bu növünə çox sayda gənclərin və uşaqların böyük marağının olduğu məmnunluqla qeyd olunub.

 

 

Digər xəbərlər