Çempionlar Liqası: Mahir Emrelinin komandası Estoniya səfərində

Çempionlar Liqası: Mahir Emrelinin komandası Estoniya səfərində
Futbol
27 İyul 2021 - 13:00
Çempionlar Liqasının ikinci təsnifat mərhələsində cavab oyunlarına bu gün start veriləcək.

Supersport.Az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutacaq.

Milli komandamızın üzvü Mahir Emrelinin şərəfini qoruduğu Polşanın "Legiya" klubu səfərdə "Flora"nın (Tallin, Estoniya) qonağı olacaq.

27 iyul

20:00. "Flora" (Estoniya) – "Legiya" (Polşa)

İlk oyun: 1:2

20:00. HİK (Finlandiya) – "Malmö" (İsveç)

İlk oyun: 1:2

20:00. "Omoniya" (Kipr) – "Dinamo" (Zaqreb, Xorvatiya)
İlk oyun: 0:2

21:00. "Jalqiris" (Litva) – "Ferensvaroş" (Macarıstan)
İlk oyun: 0:2

Digər xəbərlər