Türkiyə millisinin aparıcı futbolçusu Bakıya gəlməyəcək

Futbol, Foto
12 Aprel 2021 - 00:35


Supersport.Az xəbər verir ki, Türkiyə millisinin üzvü Super Liqanın 34-cü turunda "Erzurumspor"la səfər matçının 73-cü dəqiqəsində dizindən zədələnib.
Meydanı xərəkdə tərk edən hücumçu ambulansla klubun təyyarəsinə aparılıb və o, İstanbuldakı xəstəxanaya çatdırılıb.
İlkin diaqnoza görə, diz bağlarında problem olan futbolçu mövsümün sonuna qədər meydana çıxa bilməyəcək.
Buna görə Türkiyə millisinin üzvü Cenk Tosunun “Avro-2020”də iştirak üçün Bakıya gəlişi mümkün olmayacaq.