UEFA-dan BOS-a fəxri mükafat

UEFA-dan BOS-a fəxri mükafat
Futbol
07 İyun 2019 - 09:06
29 Mayda Avropanın 2-ci ən nüfuzlu klub turniri olan UEFA Avropa Liqasının final qarşılaşması Bakı Olimpiya Stadionunda keçirilib.

AFFA-nın və Yerli Əməliyyat Komitəsinin əməkdaşlarının peşəkar təşkilatçılığı, hüquq-mühafizə orqanlarının yüksək təhlükəsizlik tədbirləri, KİV nümayəndələrinin media işləri, könüllülərin tamaşaçı xidmətləri, və stadionu dolduran azarkeşlərin dəstəyi ilə ərsəyə gələn gecənin sonunda Bakı bir daha mötəbər idman tədbirlərinə daim hazır olduğunu sübut edib.


2015-ci ildən fəaliyyətə başlayan və hər il ən az bir beynəlxalq turnirə ev sahibliyi edən Bakı Olimpiya Stadionu UEFA tərəfindən mükafatlandırılıb. Belə ki, aralarında "Allianz Arena", "Aviva Stadium", "Kamp Nou" və "Santiago Bernabeu" kimi dünyaca məşhur stadionlar olan UEFA-nın Elit Stadionları siyahısına daxil edilib. Bu barədə Bakı Olimpiya Stadionunun media direktoru Cəmilə Mehdiyeva məlumat verib. 


Xatırladaq ki, gələn il BOS ilk dəfə olaraq UEFA-nın 60 illiyi münasibəti ilə 12 müxtəlif stadionda keçiriləcək UEFA Avropa Çempionatı 2020-nin əsas stadionlarından biridir.

Digər xəbərlər