Sambonun 80 illiyində Azərbaycan çempionatı - bu gün başlayır

Sambonun 80 illiyində Azərbaycan çempionatı - bu gün başlayır
Digər, Sambo
01 Fevral 2019 - 00:01
Supersport.Az-ın məlumatına görə, bu gün Bakı İdman Sarayında Azərbaycanın sambo çempionatı başlayacaq.

Bu idman növünün 80 illik yubileyinə həsr olunmuş yarış fərqlənəcək. Çempionatda daha çox iştirakçı və titullu idmançıların mübarizəsi gözlənilir.

Bu gün saat 16:00-da keçiriləcək açılış mərasimində olimpiya çempionlarından Namiq Abdullayev, Fərid Mansurov, Azərbaycan Sambo Federasiyasının prezidenti, 7 qat dünya, 6 qat Avropa çempionu Ceyhun Məmmədov və başqa tanınmış şəxslər iştirak edəcək.

Çempionatda 44 rayonun 70-ə yaxın klubunun samboçularının iştirakı gözlənilir. Yeniyetmələrin mübarizəsində 230 idmançı qüvvəsini sınayacaq.

Gənclər və böyüklərin yarışında iştirakçıların sayı çəki prosesindən sonra müəyyənləşəcək. Ölkədaxili yarışlarda Avropa, dünya çempionları da mübarizə aparacaq. Bu haqda Supersport.Az-a milli komandanın baş məşqçisi Bəxtiyar Hacıyev məlumat verib.

Azərbaycan çempionatına Avropa Oyunlarına 9 çəki dərəcəsinin 6-da lisenziya qazanan idmançıların da qatılacağını deyən 42 yaşlı mütəxəssis bildirib ki, məqsəd bu samboçuların hazırlıq səviyyəsini artırmaqdır.

Digər xəbərlər