Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti seçildi

Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti seçildi
Digər, Gimnastika
02 Dekabr 2017 - 16:35
Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilib. Supersport.Az xəbər verir ki, bu gün Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının 27-ci konqresi çərçivəsində keçirilən prezidenti seçkilərində o, daha çox səs yığıb.
Belə ki, F.Qayıbov 28 səs toplamaqla bu posta digər namizəd, 20 səs toplamış sloveniyalı rəqibini geridə qoyub.
2009-cu ildən İttifaqa fransız Jorj Gelzek (Georges Guelzec) rəhbərlik edir.

Digər xəbərlər