TFF prezidenti istefa vermək istəyib

TFF prezidenti istefa vermək istəyib
Futbol
08 Oktyabr 2017 - 20:12
Türkiyə yığmasının dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməməsi ölkədə sərt tənqidlə qarşılanıb.

Supersport.Az-ın qardaş dövlətin mətbuatına istinadən məlumatına görə, bu fiaskonun ardından TFF prezidenti Yıldırım Dəmirörən istefa vermək istəyib. Lakin bəzi şəxslərin onu fikrindən daşındırdığı bildirilir.

Yıldırım Dəmirörən vəzifədən ayrılsa, yerinə Sərvət Yardımcı birinci namizəddir. Digər iki şəxsin Nihat Özdəmir və Klublar Birliyinin rəhbərliyindən gedən Göksəl Gümüşdağ olduğu haqda xəbər yayılıb.

Digər xəbərlər