Yeniyetmə və gənc güləşçilər AGF Kuboku uğrunda yarışacaq

Yeniyetmə və gənc güləşçilər AGF Kuboku uğrunda yarışacaq
Digər, Güləş
10 Aprel 2017 - 12:55
Supersport.Az xəbər verir ki, 13-16 aprel 2017-ci il tarixdə Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir keçiriləcək.

Turnirdə Azərbaycanla yanaşı, Tacikistan, Ukrayna, Özbəkistan, Latviya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxstan və Belarus pəhləvanları mübarizə aparacaq.

Turnirin proqramına əsasən, aprelin 13-də yunan-Roma güləşi üzrə yeniyetmələr, 14-də yunan-Roma güləşi üzrə gənclər, 15-də sərbəst güləş üzrə yeniyetmələr, aprelin 16-da isə sərbəst güləş üzrə gənclər mübarizə aparacaq.

Turnirin rəsmi açılış mərasimi 13 aprel 2017-ci il, saat 17.00-da baş tutacaq.

Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.

Digər xəbərlər