DÜNYA ÇEMPİONATINDA AZƏRBAYCANI TƏMSİL EDƏCƏK SAMBOÇULAR BƏLLİ OLDU

DÜNYA ÇEMPİONATINDA AZƏRBAYCANI TƏMSİL EDƏCƏK SAMBOÇULAR BƏLLİ OLDU
Digər, Sambo
05 Noyabr 2016 - 12:20
Noyabrın 9-14-də Bolqarıstanın paytaxtı Sofiyada sambo üzrə dünya çempionatı keçiriləcək.

Supersport.Az-ın məlumatına görə, mundialda ölkəmizin idman şərəfini Ağasif Səmədov (52 kq), Fərid Yusifov (57 kq), Yusif Nəbiyev (62 kq), Emil Həsənov (68 kq), Amil Qasımov (74 kq), Vüqar Bayramov (82 kq), Murad Rəcəbli (90 kq) və Nizami Məmmədov (100 kq) qoruyacaqlar.

Yığmamız yarışda ASF-nin prezidenti Ceyhun Məmmədovun rəhbərliyi altında mübarizə aparacaq.

Dünya çempionatında ölkəmizi hakim qismində Cabir İsmayılov təmsil edəcək.

Digər xəbərlər