"PSJ-nin Liqa 1-də qalib olmaması fəlakətdir"

"PSJ-nin Liqa 1-də qalib olmaması fəlakətdir"
Futbol
28 May 2023 - 09:47
Supersport.Az xəbər verir ki, Kristof Qaltye Liqa 1-də PSJ-nin birnci olmasından sonra çempionatın vacibliyini qeyd edib.

"Milli səviyyədə uğurlu mövsüm keçirdik. Biz çempionuq. PSJ-nin liqanı qazanmadığı dövr fəlakətli mövsümlərdir.

Bu qədər aşkar olsa da, çempion olmaq bir nailiyyətdir. İki dəfə PSJ buna nail olmadı: çox, çox çətin mövsümlər idi. Və biz Liqa 1 və Fransa Super Kubokunu qazandıq.

Xüsusən də mövsümün ikinci hissəsində qalib gəlmədiyimiz dövrlər olub və bunun da izahı var. Biz hər şeyi sakit və diqqətlə təhlil edəcəyik. Bunu belə etmək lazımdır".

Digər xəbərlər