Supersport.Az-ın məluatına görə, Ueyn Qretskinin NHL-də bütün zamanların ən yaxşı bombardiri olan forması hərraca çıxarılıb.
Bu formada hücumçu NHL-də son oyununu keçirib.
“Reyncers”in matçı 18 aprel 1999-cu ildə “Pittsburq”a qarşı olub. Bu qarşılaşmada Qretski effektli assistlə karyerasında son xalını qazanıb. Ümumilikdə onun 1487 oyunda 2857 (894+1963) xalı var.
“Grey Flannel Auctions”da formasının qiyməti 50.000 dollardan başlayıb və indiyədək 189.880 dollara çatıb.
“Reyncers” geyiminin üzərində Gretzkinin imzası ilə yanaşı, matçın tarixi də var.
Hərrac iyunun 11-də başa çatacaq.