Supersport.Az-ın məlumatına görə, futbolda yeni qayda qəbul olunub.
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) qapıçılara penaltidən əvvəl qapı dirəyinə və tora toxunmağı qadağan edib.
Qurum iyulun 1-dən qüvvəyə minəcək 2023/24 futbol qaydalarında dəyişiklikləri açıqlayıb.
Belə ki, qapıçılar cərimə zərbəsini gecikdirməklə topu vuranın diqqətini yayındıra bilməyəcəklər.
Qərara əsasən, qapıçılar penaltidən əvvəl qapı dirəyinə və tora toxuna bilməyəcək.