Azərbaycanlı hakim iki oyunu idarə edəcək

Azərbaycanlı hakim iki oyunu idarə edəcək
Futbol
22 Mart 2023 - 13:03
Azərbaycanın FIFA referisi Elçin Məsiyevin 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda idarə edəcəyi növbəti oyun məlum olub.

Supersport.Az xəbər verir ki, 32 yaşlı ədalət təmsilçisi 6-cı qrupun III turundakı Latviya - İsrail matçında əsas hakim olacaq.

Ona Pərvin Talıbov və polşalı Mixal Sobçak laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını digər polşalı Patrik Qrıtskeviç yerinə yetirəcək.

Qeyd edək ki, martın 28-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. 6-cı qrupun matçları Polşada keçirilir. Məsiyev bu gün İsrail - Polşa oyununda da iş başında olacaq.

Digər xəbərlər