Millimizin futbolçusu göz yaşlarına hakim ola bilmədi

Millimizin futbolçusu göz yaşlarına hakim ola bilmədi
Futbol
07 Fevral 2023 - 18:00
Niderlandın I liqasında keçirilən “Villem II” – “Eyndhoven” oyunundan əvvəl Türkiyədəki zəlzələdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Supersport.Az xəbər verir ki, "Eyndhoven"in şərəfini qoruyan Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçü sükut zamanı göz yaşlarına hakim ola bilməyib.

Millinin üzvü qarşılaşmanı əvəzedilmədən keçirib. Oyun “Villem II”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Niderlandda anadan olan Türkiyə əsilli futbolçu Ozan Can Kökçü ötən ildən əsas millimizə dəvət alır.



 

Digər xəbərlər