Azərbaycan Premyer Liqasında 20-ci turun oyunları davam edir.
Supersport.Az xəbər verir ki, bu gün daha iki görüş keçirilib.
Lider “Qarabağ” öz meydanında “Şamaxı” ilə qarşılaşıb. Ağdam klubu 3:1 hesablı qələbə qazanıb.
Digər oyunda isə “Kəpəz” “Səbail”in qonağı olub. Paytaxt təmsilçisi 1 qolla qalib gəlib.
Tura fevralın 1-də keçiriləcək iki oyunla yekun vurulacaq.
31 yanvar (çərşənbə axşamı)
16:00. “Qarabağ” – “Şamaxı” 3:1
Qollar: Musa Qurbanlı, 22 (1:0), Qara Qarayev, 46 (2:0), Leandro Andrade, 63 (3:0), Bahadur Həziyev, 81 (3:1)
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Zöhrab Abbasov, Emin Əliyev
“Azersun Arena”
18:30. “Səbail” – “Kəpəz” 1:0
Qol: Franko Mazurek, 77
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Kamran Bayramov, İnqilab Məmmədov
“ASCO Arena”
1 fevral (çərşənbə)
15:00. “Qəbələ” – “Sabah”
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Cəmil Quliyev, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu
17:30. “Neftçi” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Kamal Umudlu
8-ci km stadionu.
30 yanvar (bazar ertəsi)
“Sumqayıt” – “Turan Tovuz” – 2:1
|
Bombardirlər:
Ramil Şeydayev (“Qarabağ”) – 15 qol
Musa Qurbanlı (“Qarabağ”) – 14 qol
Emin Mahmudov (“Neftçi”) – 10 qol
Coy Lens Mikels (“Sabah”) – 10 qol
Aleksey Kaşuk (“Sabah”) – 9 qol