"Neftçi"nin transferdən qazancı

"Neftçi"nin transferdən qazancı
Futbol
31 Yanvar 2023 - 10:19
Qodsvey Donyonu "Apollon"a satan "Neftçi"nin bu transferə görə qazancı məlum olub.

Supersport.Az "transfermarkt" portalına istinadən xəbər verir ki, Limassol təmsilçisi qanalı hücumçuya görə "Neftçi"yə 250 min avro pul ödəyib. Bu isə təxminən 460 min manat deməkdir.

Ötən yay "Makkabi"dən (Hayfa) ayrılaraq "Neftçi"yə keçmiş 28 yaşlı forvard 21 oyuna çıxıb 5 qol vurmuşdu.

 

 

Digər xəbərlər