Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Avro-2020-nin 4 müvafiq oyununun 2021-ci ildə Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı rəsmi razılığını artıq UEFA-ya bildirib.
Supersport.Az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
UEFA İcraiyyə Komitəsinin bu il martın 17-də keçirilmiş iclasında COVİD-19 pandemiyası ilə əlaqədar Avro-2020 turnirinin 2021-ci ildə keçirilməsi barədə qərar qəbul edilib.
AFFA-nın məsələ ilə əlaqədar əlavə müvafiq hüquqi sənədlərin aprelin 30-dək UEFA-ya göndəriləcəyi qeyd olunub.