Cüdoçuların mübarizəsi başladı

Cüdoçuların mübarizəsi başladı
Digər, Cüdo
24 Dekabr 2019 - 23:10
Bakı İdman Sarayında kişilər və qadınlar arasında cüdo üzrə Azərbaycan çempionatı start götürüb.

Supersport.Az-ın məlumatına görə, yarışın açılış mərasimində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı çıxış edərək ölkəmizdə dövlət səviyyəsində idmana və Olimpiya hərəkatının inkişafına göstərilən qayğıdan danışıblar. Son vaxtlar Azərbaycan cüdoçularının beynəlxalq miqyaslı yarışlarda qazandıqları uğurları yüksək qiymətləndirilib. Bildirilib ki, cüdo üzrə ölkə çempionatında ilk dəfə olaraq respublikamızın daha çox bölgəsindən idmançılar mübarizə aparır.

Rəsmi çıxışlardan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Açılış mərasimindən sonra qadınların yarışında -48kq, -57kq, -70 kq, kişilərin mübarizəsində isə -60kq, -73kq və -90kq çəki dərəcəsində final görüşləri keçirilib. Ramilə Əliyeva, Yaşar Nəcəfov, İçinxorloo Munxtsedev, Telman Vəliyev, Günel Həsənli və Məmmədəli Mehdiyev Azərbaycan çempionu adını qazanıblar.

Məlumat üçün bildirək ki, ölkə çempionatında 332 cüdoçu mübarizə aparır.

Digər xəbərlər