"Qarabağ" - "Şelburn" matçına bilet qalmaya bilər - Eksklüziv

"Qarabağ" - "Şelburn" matçına bilet qalmaya bilər - Eksklüziv
Futbol, Eksklüziv
456
28 İyul 2025 - 16:45

Supersport.Az-a UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Bakıda keçiriləcək "Qarabağ" (Azərbaycan) – "Şelburn" (İrlandiya) oyununa satılan biletlərin sayı açıqlanıb.


Hazırda 20 min azarkeş bilet alıb.


Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.


Azarkeşlər biletləri, "Qarabağ"ın Park Bulvardakı Fan-Şopundan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından ala bilərlər.


"Qarabağ" – "Şelburn" matça iyulun 30-u 31 min 200 tamaşaçı tutumuna malik Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da start veriləcək.

Digər xəbərlər