Azərbaycan yığmasının Fransa, İslandiyayla oyunlarının yeri müəyyənləşdi

Futbol
299
28 İyul 2025 - 15:13
Azərbaycan milli komandasının DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Fransa yığmaları ilə keçirəcəyi ev oyunlarının yeri müəyyənləşib.
Supersport.Az saytının məlumatına görə, İslandiya ilə görüş noyabrın 13-də “Neftçi Arena”da, Fransa ilə qarşılaşma isə noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq. Hər iki matç saat 21:00-da başlanacaq.
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə İslandiya və Fransa ilə yanaşı, Ukrayna ilə də mübarizə aparacaq.