"Araz-Naxçıvan"ın "Aris"lə səfər oyunu canlı yayımlanacaq

Futbol
319
28 İyul 2025 - 10:45
Supersport.Az xəbər verir ki, UEFA Konfrans Liqasının II mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Aris" – "Araz-Naxçıvan" görüşü İdman TV-də canlı yayımlanacaq. Matç iyulun 31-də, saat 22:15-də başlayacaq.
Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilmiş cütün ilk oyununda "Araz-Naxçıvan" 2:1 hesabı ilə qələbə qazanıb.