"Qarabağ" "Şelburn"u qabaqladı

Supersport.Az-ın məlumatına görə, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ" – “Şelburn” (İrlandiya) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.
Ağdam komandasının baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı iyulun 29-da saat 17:30-da "Azersun Arena"da baş tutacaq. Saat 18:00-da isə eyni arenada media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək.
"Şelburn"un baş məşqçisi Coy O'Brayenin Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransına saat 18:45-də start veriləcək. İrlandiya təmsilçisinin ilk 15 dəqiqəsi açıq olacaq məşqi 19:00-da başlayacaq.