"Neftçi" yenə türk direktor gətirir, gizlədir - Eksklüziv

Futbol
347
28 İyul 2025 - 14:51
Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Neftçi" klubu Futbol Akademiyasının türkiyəli direktoru Cemal Bülbüllə yolları ayırıb.
Klub rəhbərliyi onunla başa çatan müqaviləni yeniləməyib.
"Neftçi"nin direktor vəzifəsinə bu dəfə də türk gətirdiyi bildirilir. Klubdan təyinat, həmin şəxsin ad, soyadı haqda xəbər gizlədilib.
Supersport.Az-ın məsələylə bağlı sorğusuna "Neftçi"nin mətbuat katibi Asəf Zeynallı belə cavab verib: "Məlumatım yoxdur".