Saşa İliç: "Adi vəziyyətlərdə səhvlər etdik, məğlub olduq"

Futbol
302
27 İyul 2025 - 21:29
Supersport.Az xəbər verir ki, "Qəbələ"yə yoxlama oyununda məğlub olan "Sumqayıt"ı baş məşqçisi Saşa İliç oyunla bağlı fikirlərini bildirib.
"Hazırlığın ikinci mərhələsi çərçivəsində ilk yoxlama matçımız idi. Oyunumuzda bəzi uğurlu və uğursuz elementlər gördük. Aydın məsələdir ki, fiziki yükləmələr fonunda bəzi səhvlər olur. Bu oyunda da adi vəziyyətlərdə səhvlər etdik və yekunda məğlub olduq. Amma bu, normaldır və düşünürəm ki, günbəgün daha yaxşı olacağıq. Qarşıdakı günlərdə bir neçə keyfiyyətli oyunçunun bizə qoşulması ilə daha güclü komandamız olacaq".