Adil Şükürov: "Kəpəz"də boşluqlar çoxdur"

Futbol
353
27 İyul 2025 - 10:07
Supersport.Az xəbər verir ki, "Şamaxı"ya yoldaşlıq oyununda 1:6 hesablı məğlub olan "Kəpəz"in baş məşqçisi Adil Şükürov klubun mətbuat xidmətinə fikirlərini bildirib.
"Boşluqlarımız çoxdur. Yoxlama oyunlarında biz bunu daha çox görüb çempionata yaxşı hazırlaşmalıyıq. Görəcəyimiz işlər var. Bu barədə də rəhbərliyə bildirmişik. Birlikdə daha çox çalışmalıyıq ki, bu məsələləri uğurla sonlandıra bilək. Gənc oyunçuların da üzərində böyük məsuliyyət var. Çox çalışmalıdırlar. Məşqlərdə, oyunlarda onlara daha çox şans veririk ki, inkişaf etsinlər, irəliləsinlər. Rəhbərliyin də ilk planlarından biri odur ki, bu gəncləri Azərbaycan futboluna qazandıraq".