Qurban Qurbanov: "Qarabağ" öz oyununu yaxşılaşdırmalı, nəticəni qorumalıdır"

Futbol, Eksklüziv
389
26 İyul 2025 - 15:23
Supersport.Az-a açıqlamasında "Şelburn"ı səfərdə məhv edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib.
"Qarabağ"ı "Şelburn"la cavab oyunu düşündürür. Bu matça da düzgün hazırlaşmalıyıq. 3:0 qalib gəlsək də, arxayınlaşmaq olmaz. Çünki futbol elə səviyyəyə çatıb ki, oyunlarda istənilən nəticələr ola bilər. Buna görə həm öz oyunumuzu yaxşılaşdırmaq, həm də nəticəni qorumaq lazımdır. İnanıram ki, komandanı bu yöndə tam hazırlayacağıq".