"Kəpəz"də əcnəbi qolkiper

Futbol
279
25 İyul 2025 - 14:37
Supersport.Az xəbər verir ki, "Kəpəz" daha bir futbolçunu heyətinə cəlb edib. Polşalı qolkiper Kaçper Rosa "Kəpəz"ə keçib. 30 yaşlı qapıçı ilə bir illik müqavilə imzalanıb.
Kaçper Rosanın son klubu vətənində yüksək liqa təmsilçisi "Motor" olub. Rosa 2024/2025-ci illər mövsümündə 17 çempionat matçında komandasının qapısını qoruyub.