"Araz-Naxçıvan" "Aris"i keçmək iddiasındadır"

Futbol
337
24 İyul 2025 - 23:50
Supersport.Az xəbər verir ki, UEFA Konfrans Liqası çərçivəsində keçirilən "Araz-Naxçıvan" - "Aris" oyunundan sonra təşkil olunan mətbuat konfransında baş məşqçi Elmar Baxşıyev fikirlərini bildirib.
"Maraqlı, dinamik oyun izlədik. Rəqibin bizə hansı sürprizlər hazırladığını bilirdik. Heyətlərində yaxşı futbolçular var. Komanda şəklində oyuna düzgün yaxınlaşdıq. Oyun planında daha yaxşısını etmək gücündəyik.
Bizi rəqib yox, öz komandamız düşündürür. Zədəli futbolçularımız komandaya qoşulduqdan sonra daha da güclü olacağıq. Xarakter baxımından güclüyük. Möhkəm komandamız var və daha artığını etmək gücündədir. Bir sözlə, futbolçularım iddialıdır".