"Araz-Naxçıvan" yunan klubunu məğlub etdi

Futbol
351
24 İyul 2025 - 21:57
"Araz-Naxçıvan" bu gün avrokuboklarda mübarizəyə start verib.
Supersport.Az saytının məlumatına görə, Naxçıvan təmsilçisi Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda Yunanıstan "Aris"i ilə qarşılaşıb.
Azərbaycan klubu yunan komandasını 2:1 hesablı məğlub edib.
Bu komandalar arasında cavab matçı isə iyulun 31-də Yunanıstanda oynanılacaq və Bakı vaxtı ilə saat 22:15-də başlayacaq. Cütün qalibi 3-cü təsnifat mərhələsində "Omonia" (Kipr) - "Torpedo" (Kutaisi, Gürcüstan) cütünün güclüsüylə üz-üzə gələcək.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
24 iyul
20:00. "Araz-Naxçıvan" (Azərbaycan) - "Aris" (Yunanıstan) 2:1
Qollar: Felipe Santos, 75, Patrik Andrade 78 - Loren Moron, 66
Baş hakim: Andrey Kivulete (Rumıniya)
"Dalğa Arena"