Qurban Qurbanov: "Qarabağ" 3-4 yeni futbolçu gətirməyə çalışır" 

Qurban Qurbanov: "Qarabağ" 3-4 yeni futbolçu gətirməyə çalışır" 
Futbol, Eksklüziv
546
24 İyul 2025 - 16:11

Supersport.Az-a eksklüziv açıqlamada Çempionlar Liqasında təmsilçimiz "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandaya yeni futbolçuların cəlb olunmasıyla bağlı danışıb.


"Komandamızın gücləndirilməsi üçün bəzi futbolçularla danışıqlar gedir. Ancaq ürəkaçan xəbər yoxdur. Son günlər bir neçə variant vardı, həll olunmuşdu, hər şey razılaşdırılmışdı. Lakin son anda fikirlər dəyişdi və iki futbolçuyla danışıqlar tam dayandı. Buna baxmayaraq, axtarışdayıq. Komandaya 3-4 yeni futbolçu - hücumçular, yarımmüdafiəçilər gətirməyə çalışırıq".

Digər xəbərlər