"Qarabağ" Dublində

"Qarabağ" Dublində
Futbol
281
22 İyul 2025 - 11:43

Supersport.Az-ın məlumatına görə, UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda "Şelburn"un qonağı olacaq "Qarabağ" İrlandiyaya gedib.


Azərbaycan çempionu artıq Dublindədir.


"Qarabağ" bu gün oyun ərəfəsində son məşqini keçirəcək.


Qeyd edək ki, "Qarabağ"ın "Şelburn"la ilk oyunu iyulun 23-də səfərdə keçiriləcək. Matç yerli vaxtla saat 19:45-də (Bakı vaxtı ilə 22:45-də) başlayacaq.


Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq cavab qarşılaşması isə iyulun 30-da oynanılacaq. Görüşə saat 20:00-da start veriləcək.


Digər xəbərlər