"Qəbələ" "Kəpəz"i də məğlub etdi

Futbol
296
21 İyul 2025 - 21:14
Supersport.Az xəbər verir ki, "Qəbələ" yeni mövsümün hazırlığı zamanı iki yoxlama oyununda qələbə qazanlb.
"Qırmızı-qaralar" təlim-məşq toplanışı çərçivəsində ikinci sınaq matçını keçirib. Kaxaber Tsxadadzenin komandası "Kəpəz"lə üz-üzə gəlib.
Görüş Qəbələ şəhər stadionunda baş tutub. Komandamız matça aşağıdakı start heyəti ilə başlayıb: Səlahət Ağayev, Nicat Əliyev, İsak Amoah, Murad Musayev, Nuğay Rəşidov, Süleyman Damadayev, Urfan İsmayılov, Adriel Ba Loua, Şahin Şahniyarov, Paulo Quimbila, Elşad Tağıyev.
Qarşılaşmanın ilk yarısı qolsuz başa çatıb. Komandamız ikinci hissədə rəqib qapısına iki dəfə yol tapıb.
Öncə Paulo Quimbila hesabı açıb. Ardınca Domi Massoumou fərqlənib – 2:0.
"Qəbələ" – "Kəpəz" – 2:0
Qollar: Paulo Quimbila, 72, Domi Massoumou, 82
Qeyd edək ki, "Qəbələ" ilk yoxlama oyununda "Şamaxı"ya 2:1 hesabı ilə qalib gəlib.