"Qarabağ"ın cavab oyunun hakimləri

Supersport.Az xəbər verir ki, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununun hakimləri müəyyənləşib. II təsnifat mərhələsində İrlandiyanın “Şelburn” klubu ilə keçiriləcək ev görüşünə İtaliyadan olan ədalət təmsilçiləri təyinat alıb.
İyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanı Andrea Kolombo idarə edəcək. Stefano Alassio və Dario Cekkoni oyunun baş hakiminin köməkçiləri olacaqlar. Kevin Bonakina dördüncü hakim funksiyasını yerinə yetirəcək.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
30 iyul
20:00. “Qarabağ” - “Şelburn”
Baş hakim: Andrea Kolombo
Baş hakimin köməkçiləri: Stefano Alassio, Dario Cekkoni
Dördüncü hakim: Kevin Bonakina
VAR: Daniele Doveri
AVAR: Daniele Paterna
(hamısı İtaliya)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu