Çempionlar Liqası: "Qarabağ"ın potensial rəqibi müəyyənləşəcək

Çempionlar Liqası: "Qarabağ"ın potensial rəqibi müəyyənləşəcək
Futbol
327
21 İyul 2025 - 11:19

Supersport.Az xəbər verir ki, bu gün Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.


"Qarabağ"ın da çempionlar yarışında potensial rəqibi məlum olacaq.


 

İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Çempionlar yolunda püşkatmaya II təsnifat mərhələsinin cütləri qatılacaq. Tədbirdən əvvəl UEFA iştirakçıları qruplara bölüb.


Səpələnmişlər səbətində yer alan “Şelburn” (İrlandiya) - “Qarabağ” cütü 2-ci qrupda qərarlaşıb. Bu cütün mümkün rəqibləri II təsnifat mərhələsinin 3 cütüdür.


2-ci qrup, səpələnməmişlər


“Riyeka” (Xorvatiya) – “Lüdoqorets” (Bolqarıstan)


“Hamrun Spartans” (Malta) – “Dinamo” (Kiyev, Ukrayna)


“Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya)


Qeyd edək ki, II təsnifat mərhələsi iyulun 22-23-də və 29-30-da, III təsnifat mərhələsi isə avqustun 5-6-da və 12-də baş tutacaq.

Digər xəbərlər