Azərbaycan Premyer Liqasında püşk günü

Futbol
367
18 İyul 2025 - 09:07
Supersport.Az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünün püşkatma mərasimi bu gün keçiriləcək.
Mərasim "Alov qüllələri" kompleksinin "Üzeyir Hacıbəyli zalı"nda baş tutacaq.
Püşk saat 15:00-da başlanacaq.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümünə avqustun 15-də start veriləcək.