Qurban Qurbanov premyer liqadan şikayətləndi - Video

Qurban Qurbanov premyer liqadan şikayətləndi - Video
Futbol, Eksklüziv, Video
472
16 Avqust 2025 - 15:51

Supersport.Az "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Azərbaycan Premyer Liqasındakı problem haqda fikirlərini videogörüntüyə alıb. 

Mütəxəssis süni meydançalarla bağlı iki sualı cavablandırıb.


- "İmişli" və "Karvan-Yevlax" da Şamaxıdakı süni örtüklü meydançada oynayacaq. "Qarabağ"ın avrokuboklarda oynayacağını nəzərə alsaq, burada səfər görüşlərini keçirmək sizin komandanıza necə təsir edəcək?


- Maksimum təsir edir. Təsəvvür edin ki, hər dəfə müzakirələr gedir. Meydança amilləri, azarkeş amilləri. Təsəvvür edin ki, başqa ölkələrdə çempionatda bu ab-hava olur. Xorvatiya, Polşada, balka ölkələrdə. Hər oyunda bu qədər atmosfer olur. Bu, futbolçunu daha məsuliyyətli, aktivli, həvəsli edir. Bunlar hamısı səbəblərdir ki, Avropada da oyun səviyyəmizi, uğurlu nəticələrimizi qoruyaq. Əfsuslar olsun ki, 3 komandamız Şamaxıda oynayacaq. Daha aktiv klublar üçün minusdur. İstər-istəməz futbolçunun motivasiyası həmən düşür aşağı. Bunlar da gətirib inamsızlığa çıxarır, həm də Allah qorusun, böyük zədələrə çıxarır. İdmançı meydana istəksiz çıxıbsa, böyük problemə çıxarır. Avropa oyundan sonra oyunlarımız ora düşsə...Əgər ölkə çempionatından oyundan sonra futbolçu 48, 72 saata özünə gəlirsə, yorğunluğu çıxarırsa, avrokuboklarda...Kl-dan sonra bir cürdür, Çempionlar Liqasından sonra da daha çox vaxt vaxt lazım olur. Bundan sonra gəlib belə meydançalarda 3-4-də oynayacağıqsa, bizim üçün böyük zərbədir. İsti havada da olsa.Qışda yenə soyuq olur Amma belə havada meydançada nə su qalır...Əfsuslar olsun ki, vəziyyət belədir. Biz gələcəyə pozitiv baxmaq, ümidlə baxmaq lazımdır. Hər dəfə deyirik ki, yaxşı olar. Amma ən azından 2 komanda əlavə olundu. Müsbət haldır. Elə bil ki, oyundan sonra digər Avropa oyunlarına hazırla. Maksimum güc sərf edəcəyik ki, futbolçuların əhvalı pozulmasın.


- Süni örtüklü meydança məsələsini AFFA İK-da məsələ qaldıra bilərsiniz. Çıxış yollarının tapılması üçün məsləhət versəniz, sizi dinləyərlər?


- Heç mənim orada məsələni qaldırmağa ehtiyac yoxdur. Çünki orada hər İK-nin iclasında müzakirə olunur. Klubların boynuna düşən məsələdir. Komanda Premyer Liqaya çıxırsa, yaxşı şəraitin olmalıdır. Amma əgər, yoxdursa, əlbəttə ki, federasiya hər bir komandaya 1 ilə yaxın vaxt verir. Əgər gələn il də belə olsa, ciddi addımlar atılacaq. Hətta planlamada ilk sıralarda olan məsələlərdən biri meydançalarımızın yaxşılaşdırılması və çoxalmasıdır. Yəqin ki, yaxın zamanda buna start verəcəklər. Bəzən hansısa səviyyəyə gəlmək üçün müəyyən çətinlikləri aşmaq lazımdır. İnanıram ki, gələcəkdə yaxşı sponsorlar tapılar, klublar öz meydanlarını yaxşılaşdırarlar. Yoxdursa da daha ciddi addımlar atılar".

Digər xəbərlər