"Turan" qələbəylə başladı, "Neftçi" xallar itirdi

 "Turan" qələbəylə başladı, "Neftçi" xallar itirdi
Futbol
604
16 Avqust 2025 - 21:55

Azərbaycan Premyer Liqasında 1-ci turun oyunları davam edir.


Supersport.Az xəbər verir ki, bu gün iki qarşılaşma keçirilib.


Günün ilk matçında Şamaxı şəhər stadionunda "İmişli" "Turan Tovuz"u qəbul edib. Tovuz klubu 1:0 hesabıyla qələbə qazanıb. Qolu 19 nömrəli formanı geyən Roberto Olabe vurub.



İkinci oyun "Neftçi" ilə "Şamaxı" arasında keçirilib. "Neftçi Arena"dakı matç 1:1 hesabıyla başa çatıb. "Şamaxı" ilk qolu vurub, "Neftçi" penaltiylə bərabərliyi təmin edib. 


Azərbaycan Premyer Liqası, 1-ci tur


16 avqust (şənbə)


"İmişli"  – "Turan Tovuz" 0:1

Qol: Roberto Olabe 90+9

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Cavid Cəlilov

VAR: Tural Qurbanov

AVAR: Eyyub İbrahimov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Eldəniz Musayev

Şamaxı şəhər stadionu, 17:00


"Neftçi" – "Şamaxı" 1:1

Qollar: K.Rossi 23 - Emin Mahmudov 45+2

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov

VAR: İnqilab Məmmədov

AVAR: Şirmamed Mamedov

Hakim-inspektor: Babək Quliyev 

AFFA nümayəndəsi: Rüfət Əmirov

"Neftçi Arena", 20:00

Digər xəbərlər